Son dəqiqə

Türkiyə Ali Yerlikaya

Ötən il terrorlarda iştirak 40 ilin ən aşağı səviyyəsindədir - Ali Yerlikaya

Bakı. TurkicWorld:

Ötən il terrorlarda iştirak 40 ilin ən aşağı səviyyəsindədir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya deyib.

"2023-cü ildə terrorda iştirak 56 nəfərlə son 40 ilin ən aşağı səviyyədədir. 2016-cı ildən etibarən PUA-lar və ANKA-lar inventarımıza əlavə edilmişdir. İndi bizim daha güclü hava üstünlüyümüz var.” - deyə Yerlikaya bildirib.

O qeyd edib ki, əməliyyatlar zamanı 815 terrorçu zərərsizləşdirilib.

“Kənd yerlərində 18 min 451, şəhər yerlərində isə 3 min 468 əməliyyatlar həyata keçirdik. 2023-cü ildə cəmi 21 min 919 əməliyyat həyata keçirdik. Əməliyyatlar zamanı 815 terrorçu zərərsizləşdirilib. 2016-cı ildə 2 min 322 terror aktı olduğu halda, 2023-cü ildə bu rəqəm 88-ə düşüb.” -deyə nazir bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər