Son dəqiqə

Türkiyə PKK Ali Yerlikaya

PKK-nı dəstəkləyən 89 nəfər saxlanılıb – Ali Yerlikaya

Bakı. TurkicWorld:

PKK-nı dəstəkləyən 89 nəfər saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya öz sosial media hesablnda paylaşım edib.

Yerlikaya, 2 aprel 2024-cü il çərşənbə axşamı icazəsiz nümayiş keçirən, Separatçı Terror Təşkilatına qarşı tərif və dəstək şüarları səsləndirən, təhlükəsizlik qüvvələrinə daşla hücum edən, xəbərdarlıqlara baxmayaraq dağılmayaraq müqavimət göstərən 89 nəfərin saxlanıldığını açıqlayıb.

“Vanda 26, Hakkari Yüksekovada 29, Hakkari Mərkəzində 9, Siirtdə 4, Batmanda 5, Şırnakda 10, İzmirdə 6 olmaqla ümumilikdə 89 şübhəli saxlanılıb.” – deyə nazir qeyd edib.

O bildirib ki, təhlükəsizlik qüvvələri Türkiyənin əmin-amanlığı və təhlükəsizliyi üçün yorulmadan fəaliyyətini davam etdirir.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər