Türkiyədə 250-ə yaxın narkotik taciri həbs edilib

Türkiyədə 250-ə yaxın narkotik taciri həbs edilib

Bakı, TurkicWorld:

Türkiyədə narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə NARKOÇELİK-6 əməliyyatı nəticəsində 245 narkotik taciri həbs edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya açıqlayıb.

Məlumata əsasən, 25 vilayətdə keçirilən “Narkoçelik-6” əməliyyatlarında 654 kq narkotik maddə və 796 min ədəd narkotik həb ələ keçirilib.

"Narkotik tacirləri və mütəşəkkil cinayət təşkilatlarına qarşı mübarizəmiz qətiyyətlə davam edəcək", - deyə Yerlikaya vurğulayıb.

X: Lamanasadli01