Türkiyədə İŞİD terrorçuları saxlanılıb

Türkiyədə İŞİD terrorçuları saxlanılıb

Bakı. TurkicWorld:

Türkiyənin yeddi vilayətində İŞİD terror təşkilatına qarşı həyata keçirilən "Bozdoğan-29" əməliyyatlarında 23 şübhəli saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Daxili işlər naziri Əli Yerlikaya məlumat verib.

"İŞİD terror təşkilatı daxilində fəaliyyət göstərən şübhəlilərə qarşı keçirilən əməliyyatlar nəticəsində 10-u Hatay, beşi Yalova, biri Konya, üçü Yozqat, biri Çanaqqala, ikisi Sakarya, biri Tekirdağda olmaqla 23 şübhəli saxlanılıb", - deyə Yerlikaya bildirib.

X: Lamanasadli01