İstanbulda keçirilən əməliyyatda 30-dan çox şəxs saxlanılıb

İstanbulda keçirilən əməliyyatda 30-dan çox şəxs saxlanılıb

Bakı. TurkicWorld:

İstanbulda keçirilən “MAHZEN-29” əməliyyatlarında mütəşəkkil cinayətkar dəstənin 32 üzvü saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu haqda Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya məlumat verib.

Məlumatda bildirilib ki, əməliyyatlar İstanbulun Beşiktaş, Avcılar, Esenyurt və Kağıthane rayonlarında həyata keçirilib.

Saxlanılan şəxslər cinayət törətmək, qəsdən adam öldürməyə cəhd, silahlı təhdid, ümumi təhlükəsizliyə qəsdən təhlükə və əmlaka ziyan vurma cinayətlərində şübhəli bilinirlər.

Keçirilən əməliyyat tədbirləri nəticəsində 34 sənədsiz tapança, iki avtomat və müxtəlif miqdarda narkotik vasitə ələ keçirilib.