Son dəqiqə

Türkiyə İstanbul

İstanbulda PKK terrorçuları saxlanılıb

Bakı, TurkicWorld:

İstanbul Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində PKK silahlı terror təşkilatı tərkibində fəaliyyət göstərən səkkiz şübhəli müəyyən edilib.

TurkicWorld xəbər verir ki, istintaq çərçivəsində həyata keçirilən əməliyyat zamanı beş şübhəli şəxs tutularaq saxlanılıb.

Digər şübhəlilərin tutulması istiqamətində işlər davam etdirilir.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər