Türkiyə Qətərə iki hücum kateri ixrac edib

Türkiyə Qətərə iki hücum kateri ixrac edib

Bakı. TurkicWorld:

Türkiyə müdafiə sənayesi Qətərə iki hücum kateri ixrac edib.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib.

Məlumata əsasən, 8-ci Doha Beynəlxalq Dəniz Müdafiəsi Sərgi və Konfransında (DIMDEX 2024) Qətər Hərbi Dəniz Qüvvələrinin ehtiyacları üçün hücum gəmilərinin tədarükü müqaviləsi imzalanıb. Müqaviləni Türkiyənin DEARSAN şirkəti adından İdarə Heyətinin sədri Əziz Yıldırım və Qətər Dəniz Qüvvələrinin komandanı general-mayor Abdullah bin Həsən Əl Sulaiti imzalayıb.

Qeyd edək ki, asimmetrik döyüş, patrul, regional suların mühafizəsi, dəniz quldurluğu ilə mübarizə, kəşfiyyat-nəzarət, axtarış-xilasetmə kimi tapşırıqları yerinə yetirə bilən 50 metr uzunluğundakı yüksək sürətli hücum katerlərində 3 ədəd su reaktivindən istifadə ediləcək. Yerüstü döyüş, hava hücumundan müdafiə müharibəsi və asimmetrik müharibə üçün müxtəlif silah sistemləri olacaq.

X: Lamanasadli01