Bakı. TurkicWorld:
İyun ayında TÜRKSAT 6A peykini orbitə göndərməyi hədəfləyirik.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə nəqliyyat və infrasturuktur naziri Abdulkadir Uraloğlu deyib.
"Bu gün bizim ümumilikdə 94,3 milyon genişzolaqlı internet abunəçimiz var, onlardan 74,8 milyonu mobil abunəçidir. Biz bu il fiber şəbəkə uzunluğumuzu təqribən 550 min kilometrə, fiber infrastrukturumuzu isə 600 min kilometrə çatdırdıq. 2028-ci ilə qədər onu 850 min kilometrə çatdırmağı hədəfləyirik.” – deyə nazir bildirib.
O qeyd edib ki, kosmosdakı aktiv rabitə peyklərinin sayını beşə çatdırılıb.
“İndi ilk milli və yerli rabitə peykimiz olan TÜRKSAT 6A ilə kosmik və peyk texnologiyaları sahəsində texniki inqilab edirik.” – deyə Uraloğlu bildirib.
Hafiz Rufizoğlu





