Türkiyə YSK yekun namizəd siyahılarını təqdim edəcək

Türkiyə YSK yekun namizəd siyahılarını təqdim edəcək

Bakı. TurkicWorld:

Türkiyədə 31 mart tarixində keçiriləcək Yerli Özünüidarəetmə Orqanları Seçkiləri üçün Ali Seçki Şurasının (YSK) hazırladığı yekun namizəd siyahıları sabah ictimaiyyətlə paylaşılacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə YSK məlumat yayıb.

Məlumata əsasən, birləşdirilmiş seçki bülletenlərinin çapına və dairə seçki komissiyalarına paylanmasına martın 3-dən başlanacaq.

Qeyd edək ki, Türkiyədə Yerli Özünüidarəetmə Orqanları Seçkiləri üçün namizədlərin siyahıları 19 fevral tarixində təqdim olunub.

Martın 21-də qadağalar başlayacaq. Səsvermə günü martın 31-də keçiriləcək.

X: Lamanasadli01