TOGG 1 milyon avtomobil istehsal etməyi hədəfləyir

TOGG 1 milyon avtomobil istehsal etməyi hədəfləyir

Bakı. TurkicWorld:

Türkiyənin ilk yerli istehsal elektrikli avtomobili TOGG 2030-cu ilə qədər beş fərqli modeldə 1 milyon avtomobil istehsal etməyi hədəfləyir.

TurkicWorld xəbər verir ki, bu barədə TOGG-un İcraçı Direktoru (CEO) Gürcan Karakaş bildirib.

"Sedan və C-X Coupe modellərini istehsal sifarişinə C seqmentinə daxil edəcəyik. B-SUV və C-MPV-nin əlavə edilməsi ilə eyni DNT-ni daşıyan beş modeldən ibarət məhsul çeşidi tamamlanacaq", - deyə o vurğualyıb.

Karakaş, 2023-cü ilin istehsal baxımından məhsuldar bir il olacağını ifadə edərək, T10X modeli üçün alınan 177 min ön sifarişin onları qürurlandırdığını da qeyd edib.

"Məqsədimiz sertifikatlaşdırma proseslərindən sonra ikinci smart cihazımızı bazara çıxarmaqdır. Bu, 2025-ci ilin mart və aprel aylarında tamamlanacaq. T10F-ni ilk olaraq 2025-ci ildə təqdim edəcəyik", - deyə o vurğulayıb.

G.Karakaş onu da bildirib ki, TOGG-un məqsədi 2035-ci ilə qədər tamamilə karbon neytral bir şirkət olmaqdır.

Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.

TOGG satışa başladıqdan sonra dörd ay ərzində bütün elektrikli avtomobil bazarında ən çox satılan marka və model kateqoriyası üzrə liderə çevrilib.

Məlumat üçün bildirək ki, TOGG-un sedan modeli 2024-cü ilin sonunda təqdim ediləcək və istehsal, 2025-ci ildə başlayacaq.

X: Lamanasadli01