Son dəqiqə

Türkiyə İstanbul

İstanbul Boğazı tək tərəfli gəmi trafikinə açılıb

Bakı. TurkicWorld:

İstanbul Boğazında duman səbəbindən hər iki istiqamətdə dayandırılan gəmilərin hərəkəti cənub-şimal istiqamətində yenidən açılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Sahil Təhlükəsizliyi İdarəsi məlumat yayıb.

Məlumata əsasən, Türkiyə saatı ilə 05.30-dan şimal-cənub, 05.43-dən cənub-şimal istiqamətində dayandırılan gəmilərin hərəkəti saat 15.00-dan etibarən cənub-şimal istiqamətində açılıb.

Qeyd edək ki, Boğaziçi ətrafında və Qara dənizin girişində sıx duman səhər saatlarından etibarən müşahidə edilib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər