Bakı. TurkicWorld:
İstanbul boğazında qatı duman səbəbilə gəmilərin hərəkəti və bir sıra uçuşlar dayandırılıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, İstanbulda bəzi şəhər xətləri bərə xidmətləri ləğv edilib. Sabiha Gökçen Hava Limanında əlverişsiz hava şəraiti səbəbilə sabah saat 13.00-a qədər uçuşların 10 faizi ləğv edilib. Kocaeli, Düzce və Çanaqqalada da dumanlı hava davam edir.
Bundan əlavə, Çanaqqala boğazı qatı duman səbəbindən hər iki istiqamətdə tranzit gəmilərə bağlanıb.