İngiltərədə Türkiyədəki dövlət istiqrazlarına böyük maraq var - Dağlıoğlu

İngiltərədə Türkiyədəki dövlət istiqrazlarına böyük maraq var - Dağlıoğlu

Bakı. TurkicWorld:

İngiltərədə Türkiyədəki dövlət istiqrazlarına böyük maraq var.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə Prezident Adminstrasiyasının İnvestisiya İdarəsinin rəhbəri Burak Dağlıoğlu deyib.

Türkiyə ilə İngiltərə arasında iqtisadi əlaqələrin son iyirmi ildə ciddi sürət qazandığını vurğulayan Dağlıoğlu, iki ölkə arasında 13 milyard dollarlıq investisiya həcminin olduğunu bildirib.

"Türkiyədə Britaniya sərmayəli üç mindən çox şirkət var. Bir daha nəzər saldıqda, digər mühüm məqam ikitərəfli ticarət əlaqələrimizdir. Təxminən 19 milyard dollarlıq ticarət dövriyyəmiz var. Bu, cari əməliyyatlar açığı verdiyimiz ölkələrdən biridir. Təxminən 12 milyard dollarlıq ticarət dövriyyəmiz var. 6 milyard dollara yaxın ixracatımız var. 6 milyard dollar ətrafında idxalımız var",- deyə o bildirib.

Aytac Süleymanova

Twitter: a_alieva_