Bakı. TurkicWorld:
29 ildir Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığında xidmət edən Uluçalireis Sualtı gəmisi, baxım və təmirdən sonra 18 Martda Çanaqqalada ziyarətçilərin nümayişinə veriləcək.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin həftəlik mətbuat brifinqində açıqlamalar verilib.
Brifinqdə, “Uluçalireis” sualtı qayığının 29 ildir Dəniz Qüvvələri Komandanlığında xidmət etdiyi xatırladılıb.
Qeyd olunub ki, sualtı qayıq texniki və təmir işlərindən sonra fevralın 20-də Çanaqqalaya yola salınıb.
Çanaqqala Dəniz Muzeyi Komandanlığı tərəfindən yerinə yetiriləcək muzey avadanlıqları təchizindən sonra gəmi, 18 Mart Çanaqqala Zəfəri və Şəhidləri Anma Günündə xalqın nümayişinə veriləcək.
Aytac Süleymanova
Twitter: a_alieva_