Son dəqiqə

Türkiyə Türkiyə Milli Müdafiə Nazirliyi Türkiyə Hərbi Dəniz Qüvvələri

Türk hərbi helikopteri təlim zamanı texniki problem səbəbilə dənizə eniş edib

BAKI, TurkicWorld

Türk Hərbi Dəniz Qüvvələrinə məxsus SH-70 tipli helikopter Antalya sahillərində texniki nasazlıq səbəbindən dənizə təcili eniş edib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) açıqlama verib.

Nazirliyin rəsmi açıqlamasında bildirilib:

“DENİZKURDU-II/2025 təlimi çərçivəsində Antalya sahillərində uçuş fəaliyyəti həyata keçirən Hərbi Dəniz Qüvvələrimizə aid SH-70 helikopterimiz texniki nasazlıq səbəbilə dənizə təcili eniş edib. Helikopterdə xidmət aparan dörd hərbi qulluqçumuzun sağlamlıq vəziyyəti yaxşıdır və onlar nəzarət məqsədilə xəstəxanaya aparılıblar”- deyə bildirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mövzuya görə xəbərlər