Türkiyə vətəndaşları elektron viza sayəsində Səudiyyə Ərəbistanına səfərlərini artırıb - Mehmet Nuri Ersoy

Türkiyə vətəndaşları elektron viza sayəsində  Səudiyyə Ərəbistanına səfərlərini artırıb - Mehmet Nuri Ersoy

Bakı. TurkicWorld:

Türkiyə vətəndaşları üçün müraciət edilən elektron viza sayəsində onların Səudiyyə Ərəbistanına səfərləri artıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy açıqlama verib.

Ersoy, bu il Türkiyədə 1 milyon səudiyyəli turist görməyi ümid etdiklərini bildirib.

"Türkiyə vətəndaşları üçün müraciət edilən elektron viza sayəsində Türkiyə vətəndaşlarının Səudiyyə Ərəbistanına səfərləri artıb. Səudiyyə Ərəbistanından gələn qonaqlarımız üçün viza tətbiqini ləğv etdik. Bunun ziyarətçi sayını artıracağını düşünürəm",- deyə o qeyd edib.

Nazir bildirib ki, davamlı turizmlə bağlı addımlar atılır. 2021-ci ildə Türkiyənin 81 vilayətində keçərli bir sertifikat proqramı başlatdıq. Bu proqramın birinci mərhələsi 2023-cü ildə başlayıb. İkinci mərhələ 2025-ci ildə başlayacaq, üçüncü mərhələ isə 2030-cu ildə tamamlanacaq.

"Hazırda 21 mindən çox otelimiz var. Bu proqrama təxminən 16 min otel daxildir. Türkiyənin daxili bazarı böyükdür və eyni zamanda daha geniş bir bölgəyə açılan qapıdır",- deyə nazir əlavə edib.

Aytac Süleymanova

Twitter: a_alieva_