Son dəqiqə

Türkiyə Mərmərə dənizi

Mərmərə dənizində yük gəmisi batıb

Bakı. TurkicWorld:

Mərmərə dənizində, İmralı adasının cənub-qərbində 69 metr uzunluğundakı yük gəmisi batıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Sahil Təhlükəsizliyi İdarəsi məlumat yayıb.

“Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin Sahil Təhlükəsizliyi Baş İdarəsinə məxsus “KEGM-6” və “KİYEM-4” sürətli xilasetmə katerləri 69 metr uzunluğunda “BATUHAN A” adlı ümumi yük gəmisi üçün dərhal hadisə yerinə yönəldilib", - deyə məlumatda qeyd edilib.

Məlumata əsasən, Türkiyə vətəndaşı olduğu düşünülən altı nəfərlik ekipajın xilas edilməsi üçün işlər intensiv şəkildə davam etdirilir.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər