Son dəqiqə

Türkiyə İsrail Şimali Kipr Türk Respublikası Qəzza

Türkiyə vətəndaşlarının Qəzzadan təxliyyəsi davam edir

Bakı. TurkicWorld:

Türkiyə vətəndaşlarının Qəzzadan təxliyyəsi davam edir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib.

Məlumata əsasən, indiyədək Türkiyə və Şimali Kipr Türk Respublikasının vətəndaşları və onların yaxınları da daxil olmaqla 1359 nəfər Qəzzadan təxliyə edilib, 1097 nəfərin təxliyə prosedurları davam edir.

“Birincisi, Qəzzada atəşkəs elan edilməli, ikincisi, humanitar yardımlar mümkün qədər tez çatdırılmalıdır, üçüncüsü, fələstinlilərin öz yerlərindən didərgin salınmasına yönəlmiş siyasətlərə son qoyulmalıdır, dördüncü, bu gərginliyin qarşısı alınmalıdır”, - deyə o vurğulayıb.

Keçeli onu da bildirib ki, Türkiyə Qəzzaya indiyə qədər 34 min ton humanitar yardım edib ki, bunun təxminən 7 min 400 tonu və 32 təcili tibbi yardım maşını dəniz və hava yolu ilə Misirə, oradan da El-Ariş şəhərinə daşınıb.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 28 min 576 nəfərə çatıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər