Son dəqiqə

Türkiyə Türkiyə Kosmik Agentliyi (TUA) Tuva Cihangir Atasever

Türkiyənin ikinci astronavtı suborbital uçuş həyata keçirəcək

Bakı. TurkicWorld:

Türkiyənin ikinci astronavtı Tuva Cihangir Atasever Virgin Galactic ilə suborbital uçuşla yeddi fərqli elmi təcrübə həyata keçirəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Kosmik Agentliyi (TUA) məlumat yayıb.

"Mikroqravitasiya mühitində müxtəlif avadanlıqları sınamaq və fərqli dinamika ilə kosmik uçuşun insan fiziologiyasında yaratdığı dəyişiklikləri aşkar etmək şansımız olacaq. Tədqiqatçılarımız iki fərqli uçuşun dinamikasını müqayisə edəcəklər", - deyə Tuva Cihangir Atasever bildirib.

Xatırladaq ki, 19 yanvar tarixində Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı Türkiyə saatı ilə 00:49-da Ax3 missiyası ilə Beynəlxalq Kosmik Stansiyaya göndərilib.

Türkiyənin İlk Pilotlu Kosmos Missiyası çərçivəsində Alper Gezeravcı 14 gün BKS-də qalıb və 13 fərqli elmi təcrübə həyata keçirib.

İlk türk astronavtı Gezeravcı missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər