Hatayda iki yeni xəstəxana istifadəyə verilib – Fahrettin Koca

Hatayda iki yeni xəstəxana istifadəyə verilib – Fahrettin Koca

Bakı. TurkicWorld:

Hatayda iki yeni xəstəxana istifadəyə verilib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə səhiyyə naziri Fahrettin Koca bildirib.

“Təkcə yaşayış evləri deyil, bünövrəsi qoyulan xəstəxanalar da bir-bir tamamlanır. Əsrin fəlakətinin ilk ilində Hatay Təhsil və Araşdırma Xəstəxanası və İskenderun Dövlət Xəstəxanası istifadəyə verildi.” - deyə o qeyd edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 750 çarpayılıq xəstəxanaların açılışını edib.

Açılışdan sonra prezident Ərdoğan Fahrettin Kocanın müşayiət ilə xəstəxanada olan xəstələri ziyarət edib.

Hafiz Rufizoğlu