Son dəqiqə

Türkiyə Türkiyənin Enerji və Təbii sərvətlər nazirliyi

Türkiyənin Enerji və Təbii sərvətlər nazirliyi zəlzələ bölgəsinə 17,5 milyard lirə dəstək verib

Bakı. TurkicWorld:

Türkiyənin Enerji və Təbii sərvətlər nazirliyi fevralın 6-da "Əsrin fəlakəti" olaraq xarakterizə edilən zəlzələdən zərər çəkmiş bölgələrə 17,5 milyard lirə dəstək verib.

TurkicWorld-un məlumatına görə, nazirlikdən verilən açıqlamada bildirilib ki, ötən il fevralın 6-da baş vermiş zəlzələlərdən dərhal sonra nazirlik tabe, aidiyyəti və əlaqədar təşkilatlarla birlikdə bütün imkanlarını və canlı qüvvəsini əraziyə səfərbər edib.

Zəlzələdən dərhal sonra bölgəyə 9 min 798 mədənçi, 19 min 906 şəxsi heyət və 3 min 763 avtomobil göndərilib, axtarış-xilasetmə işləri zamanı 324 nəfərin dağıntılar altından sağ-salamat xilas edilib.

Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər