Türkiyə Mərkəzi Bankına yeni sədr təyin olunub

Türkiyə Mərkəzi Bankına yeni sədr təyin olunub

Bakı. TurkicWorld:

Türkiyə Mərkəzi Bankına yeni sədr Fatih Karahan təyin olunub.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb.

Dr. Fatih Karahan kimdir?

1982-ci ildə Əskişəhərdə anadan olan Fatih Karahan 2006-cı ildə Boğaziçi Universitetinin Riyaziyyat və Sənaye Mühəndisliyi fakültəsini bitirib.

2012-ci ildə Pensilvaniya Universitetində İqtisadiyyat üzrə magistr və doktorantura pilləsini bitirib.

Karyerasına 2012-ci ildə Nyu York Federal Ehtiyat Bankında iqtisadçı kimi başlayan Karahan, 2022-ci ilə qədər sözügedən qurumda Əmək və Məhsul Bazarı Araşdırmaları rəhbəri və pul siyasəti müşaviri vəzifələrində çalışıb.

Kolumbiya Universitetində və Nyu York Universitetində yarımştat müəllim kimi də çalışan Karahan 2022-ci ildə Amazonda baş iqtisadçı kimi işə başlayıb.

Karahan 2022-ci ilin noyabrında Amazon-da baş iqtisadçı vəzifəsinə təyin edilib. Karahan 28 iyul 2023-cü ildə Türkiyə Respublikası Mərkəzi Bankının sədr müavini vəzifəsinə təyin edilib.

Hafiz Rufizoğlu