Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini açıqlayıb

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini açıqlayıb

Bakı. TurkicWorld:

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyərək 8,5 faiz səviyyəsində saxlayıb.

TurkicWorld-un məlumatına görə, bununla bağlı qərar Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin martın 23-də keçirilən növbəti iclasında açıqlanıb.

Mərkəzi Bank ölkədə qiymət və maliyyə sabitliyinin təmin edilməsinə yönəlmiş pul-kredit siyasəti tədbirlərinin kifayət qədər olduğunu bildirib.

Fevral zəlzələlərinin Türkiyənin milli iqtisadiyyatına təsiri ilə bağlı qeyd edilib ki, fəlakətin təsirləri qısamüddətli xarakter daşıyır, ortamüddətli perspektivdə isə ölkənin iqtisadi parametrlərinə təsir etməyəcək.