Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları rekord həddə yüksəldi

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları rekord həddə yüksəldi

Bakı. TurkicWorld:

Türkiyə Mərkəzi Bankının ehtiyatları 140,1 milyard ABŞ dollarına yüksəlib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Mərkəzi Bankı tərəfindən yayımlanan həftəlik pul və bank statistikaları açıqlamasında bildirilib.

Məlumata əsasən, Mərkəzi Bankın valyuta ehtiyatları may ayının sonundan bəri 41,7 milyard dollar artaraq 140,1 milyard dollara çatıb.

Bu, bütün dövrlərin ən yüksək göstəricisidir.