Son dəqiqə

Türkmənistan Hakan Fidan Türkiyə XİN

Hakan Fidan Türkmənistan XİN rəhbəri ilə enerji sahəsində əməkdaşlığı müzakirə edib

Bakı. TurkicWorld:

Türkiyə xarici işlər naziri Hakan Fidanla Türkmənistan XİN rəhbəri Rəşid Meredov arasında telefon danışığı olub.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, danışıqlar zamanı iki ölkə arasında bütün sahələrdə, xüsusilə enerji və mülki aviasiya sahəsində ikitərəfli münasibətlərin gücləndirilməsi ilə yanaşı, çoxtərəfli platformalarda əməkdaşlıq imkanları müzakirə edilib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər