Türkiyədə bələdiyyə seçkiləri ilə bağlı namizədlərin siyahıları fevralın 20-dək təqdim olunacaq

Türkiyədə bələdiyyə seçkiləri ilə bağlı namizədlərin siyahıları fevralın 20-dək təqdim olunacaq

Bakı. TurkicWorld:

Türkiyədə bələdiyyə seçkiləri ilə bağlı namizədlərin siyahıları ən gec fevralın 20-i saat 17:00-a qədər təqdim olunacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Şurası məlumat yayıb.

Təqvimə uyğun olaraq ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə saxlanılan və məhkum olunmuş şəxslərin siyahıları Baş Prokurorluqdan tələb olunan ikinci siyahı ilə tutuşdurulacaq. Dəyişikliklər Kompüter Dəstəkli Mərkəzi Seçki Reyestri Sistemində qeydə alınacaq və fevralın 3-də fəaliyyəti dayandırılacaq.

Seçici siyahıları fevralın 7-də yekunlaşacaq. Seçicilərin səs verəcəyi yer və qutular fevralın 7-dən 11-dək müəyyənləşəcək.

Yekun namizəd siyahıları vilayət və rayon seçki şuraları tərəfindən 3 mart bazar günü elan ediləcək.

Martın 21-də qadağalar başlayacaq. Səsvermə günü martın 31-də keçiriləcək.

X: Lamanasadli01