Son dəqiqə

Murat Kurum Kahramanmaraş

Təəssüf ki, Kahramanmaraşda baş verən zəlzələlər siyasi polemikaya çevrilib - Murat Kurum

Bakı. TurkicWorld:

Təəssüf ki, Kahramanmaraşda baş verən zəlzələlər siyasi polemikaya çevrilib.

TurkicWorld-un məlumatına görə, bu sözləri Cümhur İttifaqının İstanbul bələdiyyə sədri namizədi Murat Kurum deyib.

"31 Martda məğlub olduqları zaman görəcəklər ki, yalanları əhatə edən siyasi yanaşma ilə əsl qələbə əldə edilə bilməz. 6 fevral 2023-cü ildə Kahramanmaraşda baş verən zəlzələlərdə 11 vilayətdə 50 min insan həyatını itirdi. Həqiqətən çox üzücüdür ki, biz bunu eyni efirdə və aylar əvvəl verilişlərdə dəfələrlə desək də, bu gün siyasi polemika mövzusuna çevrilib",- deyə o bildirib.

Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər