Son dəqiqə

Türkiyə Kütahya

Kütahyada tarixi əsər qaçaqmalçısı saxlanılıb

Bakı. TurkicWorld:

Kütahyada Türkiyə polisi tərəfindən tarixi əsər qaçaqmalçısı saxlanılıb.

TurkicWorld-un məlumatına görə, saxlanılan şəxsin evindən 291 tarixi əsər, yeddi tüfəng və iki tapança aşkar edilib.

Kütahya Təhlükəsizlik Müdirliyi qrupları qaçaqmalçının istifadə etdiyi avtomobili şübhə üzərinə dayandırıb.

Nəqliyyat vasitəsinə baxış zamanı tarixi əsər sayılan 20 əşya aşkar edilib.

Məlumat üçün qeyd edək ki, istintaq davam etdirilir.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər