Türkiyə Ali Seçki Şurasında püşkatma keçiriləcək

Türkiyə Ali Seçki Şurasında püşkatma keçiriləcək

Bakı. TurkicWorld:

Bu gün Türkiyə Ali Seçki Şurasının Rəyasət Heyətində 31 mart bələdiyyə seçkilərində iştirak edən siyasi partiyaların birləşmiş bülletendə yerlərinin müəyyən edilməsi üçün püşkatma keçiriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Şurası məlumat yayıb.

Məlumata əsasən, seçkidə iştirak hüququ olan 36 partiya püşkatmada iştirak edə biləcək.

Qeyd edək ki, fevralın 7-də seçici vərəqələri dəqiqləşdiriləcək, seçicilərin səs verəcəyi yerlərin və qutuların müəyyənləşdirilməsinə başlanacaq və bu proses fevralın 11-də yekunlaşacaq.

Siyasi partiyalar namizəd siyahılarını fevralın 20-si, çərşənbə axşamı yerli vaxtla saat 18.00-dək təqdim edəcəklər.

Yekun namizəd siyahıları vilayət və rayon seçki şuraları tərəfindən 3 mart bazar günü elan ediləcək.

Martın 21-də qadağalar başlayacaq. Səsvermə günü martın 31-də keçiriləcək.

X: Lamanasadli01