Bakı. TurkicWorld:
İstanbulda ilk işimiz zəlzələyə dayanıqlılığı artırmaq olacaq.
TurkicWorld xəbər verir ki, bu sözləri Cümhur İttifaqının İstanbul bələdiyyə sədri namizədi Murat Kurum deyib.
"Beş il ərzində 6 min 500 ev tikməyi hədəfləyirik. Müraciətləri dərhal aprelin 15-də qəbul edəcəyik. 700 min lirə qrant dəstəyi, 700 min lirə kredit dəstəyi və 100 min lirə nəqliyyat dəstəyi verəcəyik. Mümkün zəlzələlərə qarşı fəlakət zamanı hansı addımları atmalı olduğumuzu biləcəyik", - deyə o əlavə edib.
Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.