Bakı. TurkicWorld:
Türkiyə və Şimali Kipr Türk Respublikası “Gəmi Trafik Xidmətləri Sistemi” ilə bağlı müqavilə imzalayıb.
TurkicWorld xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel və nəqliyyat naziri Erhan Arıklı imzalanma mərasimində iştirak edib.
Məlumata əsasən, Şimali Kİprdə qurulacaq 2018E02-22713 nömrəli layihə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin investisiya proqramına daxil edilib.
Qeyd edək ki, layihə Şimali Kipr Türk Respublikasının ətraf dənizlərində və KKTC ilə Türkiyə arasındakı dəniz bölgəsində bütün dəniz nəqliyyatını izləmək məqsədi daşıyır.







