Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Murat Kurum

Murat Kurum İstanbulun problemlərinin həlli üçün hazırladığı layihələri açıqlayacaq

Bakı. TurkicWorld:

Türkiyənin iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AK Parti) İstanbul bələdiyyə başçısı namizədi Murat Kurum 25 yanvar tarixində İstanbulun problemlərinin həlli üçün hazırladığı layihələri açıqlayacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Murat Kurum öz rəsmi X sosial media hesabında məlumat verib.

Məlumata əsasən, ilk olaraq əsas təqdimat, daha sonra isə üç alt-təqdimat həyata keçiriləcək.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 7 yanvar tarixində Murat Kurumun AK Parti İstanbul bələdiyyə başçısı namizədi olduğunu açıqlayıb.

Murat Kurum Türkiyənin keçmiş ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziridir.

Xatırladaq ki, Türkiyədə yerli özünüidarəetmə orqanlarına seçkilər bu il martın 31-də keçiriləcək.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər