Bakı. TurkicWorld:
Türkiyə, İtaliya və Liviya miqrasiya ilə bağlı əməkdaşlığın gücləndirilməsi məqsədilə yaxın zamanda üçtərəfli müqavilə imzalayacaq.
TurkicWorld bu barədə italyan mənbələrinə əsasən məlumat verir.
İtaliyanın G7 liderliyini üzərinə götürdüyü və 2024-cü ildə ilk xarici səfərini Türkiyəyə edən Meloni ilə Türkiyə prezidenti Ərdoğanın görüşündə ikitərəfli əlaqələrlə yanaşı regional və qlobal hadisələr də mühüm yer tutub. Görüş zamanı Rusiya-Ukrayna müharibəsi və İsrail-Həmas qarşıdurmaları ilə yanaşı, iki ölkə arasında əlaqələrin siyasi, müdafiə, iqtisadi və mədəni ölçüləri də müzakirə edilib.
Görüş zamanı, Meloni ilə Ərdoğan “miqrasiya sahəsində əməkdaşlığın gücləndirilməsi” məsələsini də müzakirə ediblər.
Səfər çərçivəsində, cari əməkdaşlıq səyləri hesabına ötən il İtaliya-Türkiyə dəhlizində qeyri-qanuni miqrasiya axınının 56 faiz azaldığı və bu sahədə əməkdaşlığın daha da gücləndiriləcəyini bildirilib.
Qeyd edək ki, İtaliyanın baş naziri Giorgia Meloni, 20 yanvar tarixində Türkiyəyə rəsmi səfər edib.
Aytac Süleymanova
Twitter: a_alieva_