Türkiyə bələdiyyə seçkilərinə tam hazırdır - Türkiyə MSK sədri

Türkiyə bələdiyyə seçkilərinə tam hazırdır - Türkiyə MSK sədri

Bakı. TurkicWorld:

Türkiyə 31 Mart bələdiyyə seçkilərinə tam hazırdır.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener məlumat verib.

"Zəlzələ bölgəsi də daxil olmaqla, bütün Türkiyə 31 Mart 2024-cü il seçkilərinə hazırdır. Mart ayında zəlzələ bölgəsinə gedəcəyik və gəldiyimiz son nöqtəni müəyyən edəcəyik. Bir şəxsin qeydləri doqquz məlumatla yoxlanılır. Yerli və milli səviyyədə təchiz edilmiş və seçki günü məlumatların daxil edildiyi təhlükəsiz şəbəkədə xidmət göstərən SEÇSİS, müstəqil qurumlar tərəfindən kibertəhlükəsizlik testlərindən keçirilir",- deyə o bildirib.

Qeyd edək ki, Türkiyə Ali Seçki Şurası yanvarın 2-də seçkilərdə iştirak edə biləcək siyasi partiyaları açıqlayacaq. 2024-cü il yanvarın 27-də siyasi partiyaların birləşmiş seçki bülletenindəki yeri müəyyənləşəcək.

Fevralın 7-də seçici vərəqələri dəqiqləşdiriləcək, seçicilərin səs verəcəyi yerlərin və qutuların müəyyənləşdirilməsinə başlanacaq və bu proses fevralın 11-də yekunlaşacaq. Siyasi partiyalar namizəd siyahılarını fevralın 20-si, çərşənbə axşamı yerli vaxtla saat 18.00-dək təqdim edəcəklər. Yekun namizəd siyahıları vilayət və rayon seçki şuraları tərəfindən 3 mart bazar günü elan ediləcək.

Martın 21-də qadağalar başlayacaq. Səsvermə günü martın 31-də keçiriləcək.

Aytac Süleymanova

Twitter: a_alieva_