Bakı. TurkicWorld:
Liviya ilə enerjinin bütün sahələrində əməkdaşlığa hazırıq.
TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Liviyalı həmkarı ilə görüşü zamanı deyib.
"Liviya təkcə neft və təbii qaz kimi karbohidrogenlər baxımından deyil, həm də bərpa olunan enerji resursları baxımından böyük potensiala malikdir. Biz Liviyanın enerji potensialının üzə çıxarılmasında əməkdaşlığa hazırıq. Liviya ilə hər sahədə birlikdə işləmək əzmindəyik",- deyə nazir bildirib.
Qeyd edək ki, Türkiyə və Liviya keçən il karbohidrogenlər sahəsində anlaşma memorandumu ilə əməkdaşlığı hüquqi çərçivəyə qaldırıb.
Aytac Süleymanova
Twitter: a_alieva_