Son dəqiqə

Türkiyə Liviya Alparslan Bayraktar

Türkiyə Liviyanın dəniz ərazisində fəal fəaliyyət göstərmək istəyir - Alparslan Bayraktar

Bakı. TurkicWorld:

Türkiyə Liviyanın dəniz ərazisində fəal fəaliyyət göstərmək istəyir.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Liviya Enerji və İqtisadiyyat Zirvəsi çərçivəsində çıxış edərkən deyib.

"Etdiyimiz dəniz yurisdiksiyası müqaviləsi çərçivəsində Liviyanın dəniz ərazilərində aktiv olmaq istəyirik. Öz gəmilərimizlə çox daha sərfəli və daha sürətli nəticə əldə edə biləcəyimizi bildirdik" – deyə Bayraktar bildirib.

O qeyd edib ki, Türkiyə və Liviya enerji əməkdaşlığını növbəti səviyyəyə daşıyacaq.

“Enerji sahəsindəki fəaliyyətimiz xüsusilə 2019-cu ildə Dəniz Yurisdiksiyasının Məhdudlaşdırılması haqqında Sazişlə böyük əhəmiyyət qazanmışdır. Keçən il biz karbohidrogenlər sahəsində anlaşma memorandumu ilə əməkdaşlığı hüquqi çərçivəyə qoyduq. Bunun nəticəsidir ki, biz bu gün buradayıq” – deyə nazir bildirib.

Məlumat üçün qeyd edək ki, Alparslan Bayraktar Liviya Enerji və İqtisadiyyat Zirvəsi çərçivəsində rəsmilərlə görüşlər keçirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər