Bakı. TurkicWorld:
Türkiyə Qəzza zolağından yeddinci təxliyəni həyata keçirib.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca sosial media hesabından paylaşım edib.
“Qəzzadan 85 xəstə və yaralı bu gün axşam saatlarında Misirdən Türkiyəyə gətirilir.” – deyə Koca bildirib.
Qeyd edək ki, 106 nəfərlik müşaiyət qrupu ilə xəstələr Türkiyədə müalicə olunacaqlar.
Təxliyə əməliyyatlarının davam edəcəyi gözlənilir.
Hafiz Rufizoğlu
Gazzeli 85 hasta ve yaralı bu akşam Mısır’dan Türkiye’ye getiriliyor. 106 kişilik refakatçi grubun eşlik ettiği hastalar, ülkemizde tedavi altına alınacak. Bilindiği gibi, Gazze’de sağlık sistemi çökmüş durumda. pic.twitter.com/Xd8I2VEI3o
— Dr. Fahrettin Koca (@drfahrettinkoca) January 11, 2024