TOGG-un Avropaya ixracı Almaniyadan başlayacaq

TOGG-un Avropaya ixracı Almaniyadan başlayacaq

Bakı. TurkicWorld:

Türkiyənin ilk yerli istehsal TOGG avtomobilinin Avropaya ixracı Almaniyadan başlayacaq.

TurkicWorld xəbər verir ki, bu barədə TOGG-un CEO-su Gürcan Karakaş bildirib.

"TOGG avtomobilinin Avropa bazarına daxil olmasını planlayırıq, belə ki, ilin sonuna qədər avtomobilin Almaniyaya ixracını hədəfləyirik", - deyə o əlavə edib.

Karakaş onu da vurğulayıb ki, 2024-cü il üçün biznes planı 47 min avtomobilin istehsal edilməsidir ki, bunun kiçik bir hissəsi ixrac üçün nəzərdə tutulub.

Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.

TOGG satışa başladıqdan sonra dörd ay ərzində bütün elektrikli avtomobil bazarında ən çox satılan marka və model kateqoriyası üzrə liderə çevrilib.

X: Lamanasadli01