Bakı. TurkicWorld:
Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Pakistanın energetika və neft naziri Məhəmməd Əli ilə görüşüb.
TurkicWorld xəbər verir ki, bu barədə nazir Bayraktar öz rəsmi X sosial media hesabında paylaşım edib.
Məlumata əsasən, Türkiyənin Ər-Riyaddakı səfirliyində keçirilən görüş zamanı tərəflər iki ölkə arasında enerji sahəsində, xüsusilə karbohidrogen kəşfiyyatı, mədənçıxarma sənayesi, elektrik enerjisi istehsalı və paylanması sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.