Bakı. TurkicWorld:
Zəlzələ riskini aradan qaldırmaq üçün addımlar atacağıq.
TurkicWorld-un məlumatına görə, bu barədə AK Partiya İstanbul Böyükşəhər Bələdiyyə başçı namizədi Murat Kurum deyib.
"Riskli bir bina qalmayana qədər bələdiyyə başçılarımızla birlikdə bu işləri aparacağıq və İstanbulda zəlzələ riskini aradan qaldırmaq üçün qərarlı addımlar atacağıq" –deyə o bildirib.
Qeyd edək ki, Murat Kurum Türkiyənin keçmiş ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziridir.
Türkiyədə yerli özünüidarəetmə orqanlarına seçkilər bu il martın 31-də keçiriləcək.
Hafiz Rufizoğlu