Bakı. TurkicWorld:
Türkiyənin müxalifət Cümhuriyyət Xalq Partiyası (CHP) uzun müddətdir ki, siyasi cəhətdən iflasa uğrayıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Haliç Konqres Mərkəzində açıqlaması zamanı bildirib.
"Artıq uzun müddətdir ki, CHP nə yeni ideya və layihələr irəli sürür, nə də millətə ümid verə bilir. Cümhur İttifaqı olaraq İstanbulu birlikdə gücləndirəcəyik", - deyə o vurğulayıb.
Qeyd edək ki, bu gün R.T.Ərdoğan Cümhur İttifaqının 2024-cü il 31 mart tarixində keçiriləcək bələdiyyə seçkikəri üçün namizədinin Murat Kurum olduğunu bildirib.