Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan AK Parti Murat Kurum

AK Partinin İstanbul bələdiyyə başçısı namizədi açıqlanıb

Bakı. TurkicWorld:

Türkiyənin iqtidarda olan Ədalət və İnkişaf Partyasının (AK Parti) İstanbul bələdiyyə başçısı namizədi Murat Kurumdur.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Haliç Konqres Mərkəzində açıqlaması zamanı bildirib.

Qeyd edək ki, Murat Kurum Türkiyənin keçmiş ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziridir.

Türkiyədə yerli özünüidarəetmə orqanlarına seçkilər bu il martın 31-də keçiriləcək.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər