Son dəqiqə

Türkiyə Jandarma Baş Komandanlığı

Balıkesirde 100-dən çox qeyri-qanuni miqrant saxlanılıb

Bakı. TurkicWorld:

Türkiyənin Balıkesir vilayətində 123 çox qeyri-qanuni miqrant saxlanılıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə KİV-ləri bildirib.

Balıkəsirdə Edremit körfəzində jandarma qruplarının pilotsuz uçuş aparatlarından (PUA) istifadə etdiyi əməliyyatda 123 qeyri-qanuni mühacir və 2 immiqrant qaçaqmalçılığı şübhəlisi saxlanılıb.

Quru qruplarının da qatıldığı əməliyyatda 32-si asayiş qrupu, 6-sı Jandarma Cinayət Axtarış Qrupu və 3-ü immiqrant qaçaqmalçılığı ilə mübarizə qrupu olmaqla 163 personal iştirak edib.

Komandalar tərəfindən saxlanılan əfqan əsilli 123 qeyri-qanuni mühacir barəsində qanuni tədbir görülüb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər