Türkiyənin ilk torpidosunun suya buraxılacağı tarix açıqlanıb

Türkiyənin ilk torpidosunun suya buraxılacağı tarix açıqlanıb

Bakı. TurkicWorld:

Türkiyənin yerli imkanlarla hazırladığı ilk torpido olan AKYA, dekabrın 26-da TCG Preveza sualtı qayığı ilə suya buraxılacaq.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk məlumat verib.

Türkiyə Silahlı Qüvvələrinin bütün hazırkı əməliyyat və missiyalarına əlavə olaraq milli və beynəlxalq təlim fəaliyyətlərini fasiləsiz olaraq davam etdirdiyinə diqqət çəkən Aktürk qeyd edib ki, TCG Preveza sualtı gəmisi tərəfindən ilk milli torpido AKYA-nın atışı, 26 dekabr tarixində Antalya körfəzində həyata keçiriləcək.

AKYA torpedonun xüsusiyyətləri:

Tamamilə yerli və milli resurslarla hazırlanmış yeni nəsil ağır sinif torpido AKYA, sualtı və yerüstü hədəfləri vurma qabiliyyəti ilə seçilir.

50+ kilometr mənzilə malik olan AKYA torpidası, akustik əks-tədbir qabiliyyəti ilə tanınır.

Milli torpido AKYA sayəsində müdafiə sənayesində xaricə asılılıqda daha bir böyük baraj aşılıb. AKYA, ABŞ və Almaniya istehsalı olan torpidalardan üstün xüsusiyyətləri ilə ağır sinif torpidaları sahəsində seçilir.

Aytac Süleymanova

Twitter: a_alieva_