Son dəqiqə

NATO Türkiyə Milli Müdafiə Nazirliyi İstanbul boğazı Dezinformasiya Qara dəniz

İstanbul boğazında NATO bazası qurulacağı iddiaları təkzib edilib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Rəsmi Ankara sosial mediada yayılan "İstanbul boğazında NATO bazası qurulur" iddialarını təkzib edərək, Montre konvensiyasına sadiqliyini bir daha vurğulayıb.

TurkicWorld xəbər verir ki, Türkiyənin təhlükəsizlik mənbələri bildirib ki, bir neçə fərqli hərbi fəaliyyətin eyni vaxtda icra edilməsi səbəbindən anlayışlar bir-birinə qarışdırılır və bu, qəsdən dezenformasiya xarakterli təbliğat üçün istifadə olunur.

Milli Müdafiə Nazirliyinin ötən həftə verdiyi açıqlamaya görə, 2023-cü ildə "NATO Cənub-Şərqi Regional Planı" çərçivəsində "Çoxmillətli Korpus Qərargahı"nın qurulması ilə bağlı işlərə başlanılıb və bu niyyət 2024-cü ildə NATO-ya rəsmən bəyan edilib. Lakin təhlükəsizlik ekspertləri vurğulayır ki, xarici komandanlıq altında hər hansı NATO bölməsinin və ya bazasının qurulması qətiyyən söz mövzusu deyil. Bu cür iddialar "alqı-satqı əməliyyatı" və cəmiyyəti yanlış yönləndirmə cəhdi kimi qiymətləndirilir.

Türkiyə rəsmiləri Qara dənizdəki bütün hərbi və mülki fəaliyyətlərin Montre boğazlar konvensiyası əsasında həyata keçirildiyini xatırladıblar. Təhlükəsizlik mənbələrinin bəyanatında deyilir:

"Türkiyə indiyə qədər Qara dənizdəki bütün fəaliyyətlərini regional sahiblik və Montre müqaviləsi prinsiplərinə uyğun icra edib. Bundan sonra da eyni həssaslıq davam etdiriləcək. Bu iki məsələdə hər hansı güzəştdən söhbət gedə bilməz."

Açıqlamada həmçinin qeyd olunub ki, NATO və ya NATO-dan kənar bütün fəaliyyətlərin idarə olunması və icrası yalnız Qara dənizə sahili olan ölkələr tərəfindən həyata keçiriləcək. Digər ölkələr isə yalnız təchizat, personal və təlim dəstəyi verə bilər, lakin bu, Türkiyənin suverenlik hüquqlarına və beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərinə təsir etməyəcək.

Mövzuya görə xəbərlər