BMT artıq heç bir funksiyası olmayan bir təşkilatdır - Numan Kurtulmuş

BMT artıq heç bir funksiyası olmayan bir təşkilatdır - Numan Kurtulmuş

Bakı. TurkicWorld:

BMT artıq heç bir funksiyası olmayan bir təşkilatdır.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş deyib.

"BMT sadəcə olaraq, artıq heç bir fəaliyyəti olmayan təşkilatdır. Mühüm məsələlərdən biri də ilk növbədə, ABŞ da daxil olmaqla bəzi Qərb dövlətləri İsrailin cinayətlərini qeyd-şərtsiz dəstəkləyirlər. Bizim məqsədimiz və ümidimiz humanitar cəbhənin sonda qalib gəlməsidir. Haqqı, hüququ, ədaləti, vicdanı və insanlığı müdafiə edən qlobal səs, bu zülmü məğlub etməyi bacaracaq. Netanyahu da məsuliyyətə cəlb olunacaq. Onlar törətdikləri insanlığa qarşı cinayətlərə görə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən mühakimə olunacaqlar",- deyə TBMM sədri bildirib.

Qeyd edək ki, Qəzza zolağında ölənlərin sayı 16 min 248 nəfərə çatıb.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Aytac Süleymanova

Twitter: a_alieva_