Son dəqiqə

Türkmənistan Sərdar Berdiməhəmmədov Cevdet Yılmaz

Cevdet Yılmaz Türkmənistana rəsmi səfər edəcək

Bakı. TurkicWorld:

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, sabah Türkmənistana rəsmi səfər edəcək.

TurkicWorld-un məlumatına görə, Cevdet Yılmaz "7-ci Dövr Türk-Türkmən Hökumətlərarası İqtisadi Komissiya Toplantısı" çərçivəsində Türkmənistana gedəcək.

Cevdet Yılmaz, səfəri çərçivəsində Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşəcək.

Türkmənistanın Müstəqillik Anıtı'nı ziyarət edəcək Yılmaz, TOBB və DEİK ilə Türkmənistan Ticarət və Sənaye Palatası Sərgi Mərkəzində təşkil olunacaq 10-cu Türkiyə İxrac Məhsulları Sərgisinin açılışını edəcək.

Türkmənistan Nazirlər Şurasının sədr müavini Batır Atdayevlə təkbətək görüşündən sonra Cevdet Yılmaz, Atdayevlə 7-ci Dövr Türkiyə-Türkmənistan Hökumətlərarası İqtisadi Komissiyasının iclasına sədrlik edəcək və komissiya protokolunun imzalanma mərasimində iştirak edəcək.

Yılmaz Türk-Türkmən İş Forumunun açılışında çıxış edəcək, daha sonra “Arkadağ” ağıllı şəhəri və Beynəlxalq Ahalteke Atçılıq İdman Kompleksini ziyarət edəcək.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər