Bakı. TurkicWorld:
Türkiyənin Çelik Halat və Tel Sanayi şirkəti Malatyada günəş elektrik stansiyası tikir.
TurkicWorld-un məlumatına görə, Türkiyənin Ətraf-mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirliyi məlumat yayıb.
"Malatyada həyata keçirilməsi planlaşdırılan layihənin tikintisinə start verilib. İnvestisiya dəyəri 77,26 milyon TL olan layihə çərçivəsində, ümumilikdə 45 min 120 günəş paneli quraşdırılacaq. Quraşdırılmış gücü, təxminən, 24 MVt olacaq elektrik stansiyasının ildə 40,71 milyon kilovatsaat enerji istehsal edəcəyi gözlənilir",- deyə məlumatda bildirilib.
Aytac Süleymanova
Twitter: a_alieva_