Son dəqiqə

Fələstin İsrail Türkiyə Daxili İşlər Nazirliyi Qəzza

Bu günə qədər 188 qəzzalı Türkiyəyə təxliyə edilib

Bakı. TurkicWorld:

Bu günə qədər 188 qəzzalı Türkiyəyə təxliyə edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Türkiyə olaraq Qəzzaya qarşı ilk gündən nümayiş etdirdiyimiz humanist və ədalətli münasibətimizi davam etdiririk. Bu günə qədər Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 12 təyyarə ilə Qəzzaya 222,5 ton humanitar yardım materialı göndərilib və ölkəmizə gətirilən qəzzalıların sayı 188-ə çatıb. Tərəflər arasında humanitar fasilənin daha üç gün uzadılması ilə bağlı əldə olunan razılığı müsbət hal kimi qiymətləndiririk. Ümid edirik ki, razılaşmaya tam əməl olunacaq və bu humanitar atəşkəs Qəzzada münaqişələrə son qoyacaq”, - deyə məlumatda bildirilib.

Məlumatda o da vurğulanıb ki, Fələstin məsələsi ilə bağlı iki dövlətli həll olmadan bölgədə daimi sülh mümkün olmayacaq.

Qeyd edək ki, HƏMAS-la İsrail arasında əldə edilən razılaşmaya əsasən, noyabrın 24-də Qəzza zolağında dördgünlük atəşkəs rejimi qüvvəyə minib.

30 noyabr tarixində Qəzza zolağında əsirlərin mübadiləsi məqsədilə atəşkəs rejimi uzadılıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər