Bakı. TurkicWorld:
İsrail HƏMAS-la əldə edilən atəşkəsi pozdu.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan 2023 Beynəlxalq Strateji Rabitə Sammitinin (Stratcom) açılış mərasimində çıxışı zamanı deyib.
"7 oktyabr hadisələrindən sonra İsrailin Qəzza və İordan çayının qərb sahilində törətdiyi hərbi cinayətlər kontekstində iki növ dezinformasiya ilə qarşılaşdıq. Birincisi, fələstinlilərin məruz qaldığı faciəyə məhəl qoymayan bir çox qərb media qurumlarının qərəzli münasibəti, digəri isə İsrailin institusional dezinformasiyasıdır ki, bu da təkcə 7 oktyabr hadisələri ilə məhdudlaşmır. Xəstəxanaları bombalayıb başqalarını günahlandıran İsrailin hazırladığı bu ssenarinin əsas məqsədi iki dövlətli həlli qeyri-mümkün etməkdir", - deyə o vurğulayıb.
Qeyd edək ki, yerli vaxtla saat 07:00-da Qəzzada humanitar fasilə başlayıb. Lakin İsrail ordusu atəşkəsi pozaraq evlərinə qayıdan fələstinlilərə hücum edib.







